Əgər Türkiyə BRİKS-ə müraciət etsə... - Çin

18:59 2 Sentyabr 2023

 

Ankaranın müraciət edəcəyi təqdirdə Çin Türkiyənin BRİKS-ə namizədliyini dəstəkləyəcək.

Sitat.info xəbər verir ki, bunu Çinin Ankaradakı səfiri Liu Şaobinq deyib.

“Çin kimi Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik. Biz inkişaf etməkdə olan ölkələrlə birlikdə inkişaf edəcəyik. Biz birlikdə böyüyəcəyik”, - səfir bildirib.

Qeyd edək ki, Türkiyə təşkilata üzv olmaq üçün müraciət etməyib.



Xəbər xətti