Yunanıstanda meşə yanğınları 16 gündür davam edir

11:45 4 Sentyabr 2023

Yunanıstanın Evros bölgəsində başlayan meşə yanğınları 16-cı gündə nəzarət altına alına bilməyib.

Sitat.info xəbər verir ki, Kavacık (Lefkimi) və Koyunyeri (Provatona) yaxınlığındakı meşəlik ərazidə baş verən yanğınlar səbəbindən Kavacık kəndi boşaldılıb.

Avropa İttifaqının (Aİ) Kopernik Fövqəladə Hallar İdarəsinin məlumatlarına görə, Aleksandrupolinin də daxil olduğu Meriç bölgəsində yanan ərazilər 935 min dekarı keçib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti