ABŞ Konqresinin Nümayəndələr Palatasının Gürcüstandan olan üzvü Marjorie Taylor Greene, ABŞ radio şousunun aparıcısı Aleks Consla söhbətində bildirib ki, Ukrayna liderləri Rusiya ilə münaqişədə uduzurlar.
Sitat.info xəbər verir ki, Respublikaçı konqresmen bazar günü verdiyi müsahibədə deyib ki, Ukrayna bu müharibədə uduzur. O əlavə edib ki, Konqresdə bu fikirləri yüksək səslə söyləyəcək yeganə şəxs özüdür
Həmçinin, Taylor Greene Vaşinqtonun sanksiyalar siyasətini tənqid edib.
Onun sözlərinə görə, bu sanksiyalar BRIKS-i ticarət əlaqələrini gücləndirməyə sövq edib. Bu da qruplaşmanın “dollarımızı tanka çevirməsinə” səbəb ola bilər. Çünki BRİKS üzvü olan ölkələr öz ticarətlərində milli valyutalara keçəcəklər.
Qeyd edək ki, 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən 15-ci BRİKS sammitinin yekunlarından sonra Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 2024-cü il yanvarın 1-də bloka rəsmən qoşulacağını açıqlayıb.
Nərgiz,
Sitat.info