Bayramov Siyarto ilə görüşdü

17:22 4 Sentyabr 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi X hesabında paylaşım edilib.

Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.

Bu barədə Azərbaycan XİN-in rəsmi X hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.



Xəbər xətti