Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Türkiyənin Rusiya və Ukraynadan Qara dəniz vasitəsilə taxıl daşınmasını tənzimləyən Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən uyğunlaşdırmaq səyləri vacibdir.
Sitat.info xəbər verir ki, Berbok və rumıniyalı həmkarı Luminita Odobesku Berlində görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Rumıniyanın yüz minlərlə ukraynalı qaçqına ev sahibliyi etdiyini bildirən Berbok, "Qırıcı Təyyarə Koalisiyası" çərçivəsində Ukrayna "F16" qırıcı pilotlarına təlim verərək Rusiyanın təcavüzünə qarşı Ukraynaya kömək etdiyini bildirib.
Berbok, Dunaydakı limanların milyonlarla ton taxıl üçün son dərəcə əhəmiyyətli mərkəzlərə çevrildiyini və Rusiyanın onları dron və bombalarla yer üzündən silmək istədiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info