Ərdoğan və Miçotakis bu tarixdə görüşəcək

15:49 5 Sentyabr 2023

Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sentyabrın 18-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində görüşəcəklərini açıqlayıb.

Sitat.info xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis xarici işlər naziri Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Yerapetritis deyib: "Yaxın vaxtlarda etimadın gücləndirilməsi tədbirləri başlayacaq. Türkiyə ilə Yunanıstan arasında müsbət gündəmi davam etdirmək barədə razılığa gəldik".

Nazir Yerapetritis bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində Yunanıstanın Baş naziri Nikos Miçotakis ilə görüşəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti