ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusa yoluxub. Co Baydendən götürülən test mənfi nəticə verib.
Sitat.info xəbər verir ki, aylar sonra Ağ Evdə koronavirus xəbərdarlığı verilib.
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenin koronavirus testi müsbət çıxıb.
Baydenin testi mənfi olsa da, ABŞ prezidentinə həftə ərzində mütəmadi olaraq test ediləcəyi və simptomların yoxlanılacağı açıqlanıb.
Qeyd edək ki, Bayden də 2022-ci ilin iyulunda koronavirusa yoluxub.
G-20 Sammiti üçün cümə axşamı Hindistana getməsi planlaşdırılan Baydenin cədvəlində dəyişiklik olub-olmayacağı açıqlanmayıb.
Seymur Bənnayev
Sitat.info