Yunan mətbuatı: Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi

20:11 5 Sentyabr 2023

Yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” şərhləri verilir.

Sitat.info xəbər verir ki, Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün  yunanıstanlı həmkarı Yorqo Gerapetriti ilə görüşüb.

Görüş Yunanıstan mətbuatının və ictimaiyyətinin də gündəmindədir.

Yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” fikri tez-tez dilə gətirilib.

Türkiyənin İsrail və Misirlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir.

Yunanıstana qarşı Albaniya və Liviyanı öz sıralarına götürdüyü qeyd edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti