Fransa Assancın istəyini rədd etdi

10:59 6 Sentyabr 2023

Vikiliksin yaradıcısı Culian Assancın Britaniya həbsxanasından Fransaya köçürülmək üçün icazə tələbi Kretey kommunasının məhkəməsi tərəfindən rədd edilib.

Sitat.info xəbər verir ki, bu barədə “Liberation” qəzeti məlumat yayıb.

Məhkəmədə vurğulanıb ki, Fransa qanunlarına görə, sığınacaq istəyən şəxs ya Fransada, ya da AB ölkələrinin birində olmalıdır. Assanc bu tələblərə cavab vermədiyindən onun icazə istəyi rədd edilir.



Xəbər xətti