ABŞ nüvə gücünü Avropaya göndərir: Moskvadan reaksiya

11:33 6 Sentyabr 2023

Rusiya ABŞ nüvə silahlarının Böyük Britaniya ərazisinə qaytarılmasını eskalasiyaya doğru addım kimi qəbul edəcək.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Avropada nüvə arsenalları NATO-nun birgə nüvə missiyaları çərçivəsində yerləşdirilib.

Xatırladaq ki, “Daili Teleqraf” qəzeti Pentaqonun nüvə silahı daşıya bilən iki F-35A qırıcı-bombardmançı eskadrilyasını Böyük Britaniyanın Saffolk şəhərindəki aviabazaya köçürmək niyyəti barədə məlumat yaymışdı.



Xəbər xətti