“Starşip” kosmosa buraxılmağa hazırdır – Mask

12:00 6 Sentyabr 2023

Starşip” kosmik gəmisi kosmosa buraxılmağa hazırdır.

Sitat.info xəbər verir ki, bunu “SpeysX” şirkətinin sahibi İlon Mask X səhifəsində yazıb.

Onun sözlərinə görə, “Starşip” ABŞ Federal Aviasiya Administrasiyasından uçuş lisenziyasının təsdiqini gözləyir.

Qeyd edək ki, “Starşip” yeni nəsil, super ağır və təkrar istifadə edilə bilən raketdir. Məhz “Starşip” “NASA Artemis” proqramı çərçivəsində astronavtları Aya çatdıracaq. Kosmik gəminin bu ilin aprelindəki sınaq buraxılışı uğursuz olmuşdu. Gəmi havaya qalxdıqdan sonra 38 km hündürlükdə partlamışdı.



Xəbər xətti