İranlı aktyor teatra ayrılan büdcədən narazılıq etdi

15:59 6 Sentyabr 2023

İranda teatr sahəsinə ayrılan illik büdcə ilə bir futbolçunun illik maaşı eynidir.

Sitat.info xəbər verir ki, bunu iranlı aktyor Məcid Rəhməti bildirib.

O, ölkədə bir sezon üçün futbolçuya 30-40 milyard tümən arası məvacib verildiyini, bunun teatra ayrılan illik büdcə ilə bərabər olduğunu yazıb.

Rəhməti bunun ölkədə sənətə verilən dəyərə bir nümunə olduğunu bildirib.



Xəbər xətti