Fransa Prezidenti Emmanuel Makron G20 sammitində iştirak etmək üçün 9-10 sentyabr tarixlərində Dehliyə səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Fransa prezidentinin administrasiyasının yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, sentyabrın 10-da isə Makron Banqladeşə səfər edəcək.
Qeyd edək ki, 9-10 sentyabr tarixində Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi iddia edilirdi.