Görüntülər yayıldı! Rusiyada hərbi təyyarələri Ukraynanın PUA hücumlarından belə qoruyurlar

16:37 6 Sentyabr 2023

Ukrayna tərəfindən Rusiya ərazisinə qarşı artan  PUA hücumlarından sonra Rusiyadan hava hücumundan müdafiə ilə bağlı diqqətçəkən görüntülər gəlib.

Sitat.info xəbər verir ki, Rusiyadakı Engels aviabazasını göstərən peyk görüntüləri paylaşılıb.
Kadrlarda iki TU-95 tipli strateji bombardmançı təyyarənin üzərində avtomobil şinləri yerləşdirildiyi görünür.

Təkərlərin qırıcı təyyarələrə niyə yerləşdirildiyi dəqiq bilinməsə də, ekspertlər bu addımın Ukraynanın PUA hücumlarına qarşı ehtiyat tədbiri ola biləcəyini düşünürlər.
Digər tərəfdən, ekspertlər təkərlərin gecə vaxtı təyyarənin görunmə qabiliyyətini azaltmaq üçün yerləşdirildiyini düşünürlər.

"Biz bunun PUA-lardan  qorunmaq üçün edildiyinə inanırıq", - NATO-nun hərbi rəsmisi CNN International-a bildirib və əlavə edib: "Bunun hər hansı bir effektinin olub-olmayacağını bilmirik".

Ayna,

Sitat.info



Xəbər xətti