Rusiya Ukraynanın Kostantinivka şəhərini raketlə vurub. Mağazaları və aptekləri hədəf alan raket hücumunda 16 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada bu haqda bildirilib.
“Rusiya terrorçuları günün ortasında Donetsk vilayətindəki Kostantinivka bazarını ballistik raketlə vurublar. İndiyədək 16 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilir. Mülki sakinlərin xilas edilməsi səyləri davam edir.
Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabından hücumla bağlı açıqlamasında bu sözləri yazıb: “Rusiyanın Donetsk vilayətinin Kostantinivka bölgəsini bombalaması nəticəsində ən azı 16 nəfər həyatını itirib. Rus terrorçuları normal bazara, mağazalara və aptekə hücum edərək günahsız insanları qətlə yetiriblər. Ölənlərin sayı daha da arta bilər. Dünyada hələ də Rusiya ilə bağlı iş aparanlar bu fakta məhəl qoymur. İyrənc, qeyri-insani haldır. Yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Rus şərinə ən qısa zamanda qalib gəlmək lazımdır”.
Məğrur Salmanov,
Sitat.info