Rusiyanın Ukraynada NATO üzvü olan Rumıniya ilə sərhədə yaxın strateji hədəflərə endirdiyi zərbələr panikaya səbəb olub.
Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Ekspress” nəşri məlumat yayıb.
Məlumata görə, Reni və İzmail limanlarında rus qoşunları Kiyevin əsas infrastrukturuna zərbələr endirib:
“Dunay çayı üzərində yerləşən obyektlər respublikanın mühüm nəqliyyat qovşağına çevrilib”.