Almaniya ilin sonuna kimi 10 min ukraynalı əsgərə təlim keçəcək

21:08 6 Sentyabr 2023

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ilin sonuna qədər ölkədə ümumilikdə 10 min Ukrayna əsgəri təlim keçiriləcək.

Sitat.info xəbər verir ki, büdcə danışıqları çərçivəsində Bundestaqdakı çıxışında Pistorius ölkənin müdafiəsinin yaxşılaşdırılması üçün alman ordusuna, müasir silahlara və əsgərlərə sərmayə yatırdıqlarını bildirib.

Almaniyanın qapısı önündə müharibə davam etdiyi zaman ölkənin təhlükəsizliyində heç bir kəsinti ola bilməyəcəyini deyən Pistorius, Müdafiə Nazirliyi üçün büdcədən 71 milyard avro ayrıldığını, xüsusi fond yaradıldığını xatırladıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti