2023-cü il tarixdə ən isti yay olub

21:18 6 Sentyabr 2023

Bu ilki Şimal yarımkürəsinin tarixində ən isti yay olub. 

Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, orta hava temperaturu 2023-cü ilin iyun, iyul və avqust aylarında qlobal miqyasda ən yüksək səviyyəyə çatıb.

2023-cü ilin yayında havanın temperaturu orta göstəricidən 0,66 dərəcə yuxarı qalxaraq 16,77 dərəcəyə çatıb.

Bu ilin ilk 8 ayında aparılan ölçmələrlə 2023-cü il bu günə qədər 2016-cı ildən bəri rekordların ən isti ili olub. 2023-cü ildə orta temperatur 2016-cı ildən cəmi 0,01 dərəcə aşağı qalıb.

Seymur Bənnayev

​​​​​Sitat.info



Xəbər xətti