ABŞ: Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə bunun əvəzini ödəyəcək

21:24 6 Sentyabr 2023

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan xəbərdarlıq edib ki, Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə bunun əvəzini ödəyəcək”.

Sitat.info xəbər verir ki,ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında son vaxtlar artan təmasları dəyərləndirib.

Pxenyanın Ukraynadakı müharibədə istifadə etmək üçün Moskvaya silah verməsi ilə bağlı Sullivan deyib:

“Bunu sizə deyə bilərəm ki, qışa girərkən böyük şəhərlərin taxıl anbarlarını və istilik infrastrukturunu hədəfə almaq, başqa ölkənin suveren ərazilərini ələ keçirmək məqsədilə döyüş meydanında istifadə etmək üçün Rusiyaya silah vermək Şimali Koreyaya mənfi təsir edəcək və onlar bunun əvəzini beynəlxalq ictimaiyyət qarşısında ödəyəcəklər".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti