Rusiyanı bu müharibəyə məcbur etdilər - Blek

09:08 7 Sentyabr 2023

ABŞ-dakı mühafizəkarlar əmindirlər ki, Rusiya Ukraynada hərbi əməliyyatların olmasını istəməyib.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın Virciniya ştatının keçmiş senatoru Riçard Blek deyib.

Blekin sözlərinə görə, indiki münaqişədə Rusiyanı dəstəkləyən çoxlu mühafizəkar amerikalı var:

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın Gizli Kəşfiyyat Xidməti (MI6) 2014-cü ildə qanuni Ukrayna hökumətinin devrilməsinə kömək edəndə Rusiya bu müharibəyə məcbur oldu”.



Xəbər xətti