Kreml: ABŞ son ukraynalı qalana qədər müharibə üçün heç bir xərci əsirgəməyəcək

12:16 7 Sentyabr 2023

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya maddi dəstəyini davam etdirəcəyini bildirib və “Heç bir xərcdən çəkinmədən sonuncu ukraynalı qədər müharibə aparacaqlar”,- deyib.

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya yeni yardım elan edə biləcəyi xəbərini dəyərləndirib.

ABŞ-ın Kiyevə lazım olduğu qədər kömək etmək niyyətində olduğunu dəfələrlə eşitdiklərini qeyd edən Peskov deyib: “ABŞ əslində müharibə vəziyyətində olan Ukraynanı dəstəkləməyə davam edəcək və Son ukraynalı qədər heç bir xərcdən çəkinmədən müharibə aparacaq”.

Peskov bildirib ki, bu yardımlar “xüsusi hərbi əməliyyata” təsir etməyəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti