Kreml: ABŞ Ukraynada uran mərmilərinin istifadəsinin nəticələrinə görə məsuliyyət daşıyacaq

16:16 7 Sentyabr 2023

Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-ın Ukraynaya zəiflədilmiş uran sursatları göndərmə qərarına reaksiya verərək deyib: "Zəiflədilmiş uran güllələrindən istifadənin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək".

Sitat.info xəbər verir ki, Peskov gündəlikdəki mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın Ukraynaya göndərəcəyi Abrams tankları üçün zəiflədilmiş uran sursatları ilə bağlı açıqlama verən Peskov bunun "çox pis" olduğunu bildirib.

Bu sursatların keçmişdə Yuqoslaviyada aktiv şəkildə istifadə edildiyinə diqqət çəkən Peskov, bu güllələrdən istifadənin hətta beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınan çox acınacaqlı nəticələrə səbəb olduğunu vurğulayıb.

"Zəiflədilmiş uran mərmilərindən istifadənin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək. Hər kəs bundan xəbərdar olmalıdır", - Peskov deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti