Rusiyada benzin qıtlığı: Məhsul yığımı üçün yanacaq yoxdur

16:28 7 Sentyabr 2023

Rusiyada yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatının olmaması problemi dərinləşir. Hətta yanacaq çatışmazlığı məhsul yığımı və qış bitkilərinin əkilməsini dayandıra bilər.

Sitat.info xəbər verir ki, Rusiyanın İnterfaks agentiliyi bu barədə yazır. 

Qeyd edək ki, belə bir bəyanatla Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev çıxış edib.

O, qeyd edib ki, əgər bir həftə əvvəl yanacağın yüksək qiymətindən söhbət gedirdisə, indi ümumiyyətlə yanacaq yoxdur.

"Artıq əlçatanlıqla bağlı problemlərimiz var. İndi məhsul yığımını dayandıracağıq və qışa məhsul ehtiyatlarımızla çıxmayacağıq. Bu, fəlakət olacaq... Yanacaq problemi göz qabağındadır, hamımız bununla məşğul olmalıyıq".

Patruşev neft emalı zavodlarında işin hər bir regionda əl ilə aparıldığını vurğulayıb. "Biz kənd təsərrüfatı müəssisələri üçün yanacaq axtarmalıyıq, çünki problemi “təcili” həll etmək lazımdır- deyə nazir bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti