Rusiya ilə münasibətlər gərgin deyil – İrəvan

17:21 7 Sentyabr 2023

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ilə münasibətləri gərgin hesab etmir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

”Həmişə olduğu kimi, Rusiya ilə fikir ayrılıqları olur və bununla bağlı müzakirələr gedir. Bu, Rusiya ilə Ermənistan arasındaki münasibətin gərgin olduğuna əsas gətirə bilməz. Bütün məsələlər üzrə Rusiya tərəfi ilə söhbətlər gedir", - Ovannisyan bildirib.



Xəbər xətti