Hindistanın "Aditya-L1" kosmik gəmisi Yer və Ayın fotolarını çəkir

18:18 7 Sentyabr 2023

Hindistanın Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün kosmosa göndərdiyi "Aditya L-1" kosmik gəmisi yolda Yer və Ayın fotoşəkillərini çəkir.

Sitat.info xəbər verir ki, "Hindustan Times"ın məlumatına görə, "Aditya L-1"in 4 ay davam etməsi gözlənilən kosmos səyahəti davam edir.

Hindistan Kosmik Araşdırmalar Mərkəzi (ISRO) tərəfindən edilən açıqlamada, özü ilə daşıdığı yüklərin "selfie"sini çəkən kosmik gəminin Yer və Ayın fotoşəkillərini də çəkdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti