Makron: Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz

18:23 7 Sentyabr 2023

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.

Sitat.info xəbər verir ki, Makron "L'Equipe" qəzetinə verdiyi açıqlamada 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı açıqlamalar verib.

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”, - deyən Makron, bildirib ki, Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur.

Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi şəkildə iştirak etmək qərarı Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti