ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da genişləndirib

19:24 31 Mart 2022

ABŞ Maliyyə Departamenti Rusiyaya qarşı sanksiya siyahısına daha 13 fərdi şəxsi və 21 təşkilatı salıb.

“Report” quruma istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının aerokosmik, dənizçilik, elektronika sahələrini əhatə edən rəsmi şəxslərə şamil olunur.

Həmin tədbirlər Putinin Ukraynaya qarşı hərbi müdaxiləsinni dəstəkləyən sektorların imkanlarını məhdudlaşdırmaq üçün görülən irimiqyaslı işlərin bir parçasıdır.



Xəbər xətti