Fransada 4 ayda 16 min 498 ev heyvanı tərk edilib

21:33 7 Sentyabr 2023

Fransada 4 ayda 16 min 498 ev heyvanının sahibləri tərəfindən tərk edildiyi bildirilib.

Sitat.info xəbər verir ki, Fransada Heyvanları Qoruma Dərnəyinin (HQD) verdiyi açıqlamada ölkədə yay dövrü hesab edilən may, iyun, iyul və avqust aylarında 16 min 498 ev heyvanının küçələrdə qaldığı qeyd edilib.

Açıqlamada heyvanların 4 min 54-nün it, 11 min 564-nün isə pişik olduğu bildirilib.

​​​​​​​Aytəkin Əliyeva

​​​​​​​Sitat.info



Xəbər xətti