Terror təşkilatı PKK/YPG Deyr əz-Zorda 8 ərəb qəbilə üzvünü saxlayıb

21:35 7 Sentyabr 2023

Terror təşkilatı PKK/YPG, Deyr əz-Zor vilayətinin qərbindəki Əzmə kəndində 8 gənc qəbilə üzvünü terror təşkilatına qarşı qiyam qaldıran ərəb qəbilələrinə dəstək verdikləri üçün saxlayıb.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, PKK/YPG ərəb qəbilələrinin avqustun 27-də Deyr əz-Zorda başlatdığı əməliyyatlara dəstək verdikləri səbəbi ilə ərəblərə qarşı hərəkətə keçib. Ərəb qəbilələrinin dinc əhali arasında itkilərin qarşısını almaq üçün geri çəkildiyi Əzmə kəndində terrorçular 8 gənci saxlayıb.

Saxlanılan ərəb qəbilə üzvlərinin taleyi məlum deyil.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti