İTİ: Almaniya iqtisadiyyatı bu il 0,4 faiz azalacaq

21:39 7 Sentyabr 2023

Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutu bu il Almaniya iqtisadiyyatında 0,4 faiz azalma, 6 faiz inflyasiya və təxminən 2,6 milyon işsiz insan gözlədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İTİ) iyun ayında paylaşdığı Almaniya iqtisadiyyatı üçün 2023-2024-cü illəri əhatə edən artım proqnozlarını yeniləyib.

İTİ bu il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu mənfi 0,4 faiz səviyyəsində saxlasa da, 2024-cü il üçün artım gözləntisini 1,5 faizdən 1,4 faizə endirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti