"Bu dəfə Qarabağla kifayətlənməyib, Zəngəzura daxil ola bilərik" - Elxan Şahinoğlu

12:36 8 Sentyabr 2023

"Havadan barıt qoxusu gəlir. Bu mənə İkinci Qarabağ müharibəsindən öncəki durumu xatırladır. O zaman da Ermənistandan təxribatlar var idi. Biz əks həmlə ilə müharibəyə başlamaq məcburiyyətində qaldıq, torpaqlarımızın böyük hissəsini geri aldıq. Amma Qarabağda tam nəzarəti bərpa etməmişik. Separatçıları tərksilah etməliyik. Ermənistanın təxribatları göz önündədir. Rusiyanı da qıcıqlandırır. Hesab edirəm ki, belə təxribatların fonunda Azərbaycan Qarabağda qayda-qanun yaratmalıdır. Ermənilər Qarabağda yenidən saxta seçkilər keçirmək istəyirlər. Buna da məncə yol vermək olmaz".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, bu dəfə Qarabağla kifayətlənməyib, Zəngəzura da daxil ola bilərik: "Söhbət böyük müharibədən getmir. Ermənistanın ikinci Qarabağ müharibəsindən sonra halı qalmayıb, inanmıram ki, böyük müharibəyə girişsin. Söhbət Azərbaycanın Qarabağdakı qayda-qanunundan gedir ki, Ermənistan buna necə reaksiya verəcək. İki yolu var, ya müdaxilə edəcək, ya da seyirçi qalacaq. Amma müdaxilə etsə, yenə itkilər olacaq. Bu dəfə artıq Qarabağla kifayətlənməyə bilərik. Ermənistan tərəfdən bizə qarşı təxribat baş versə,  ordumuz Zəngəzura da daxil ola bilər"

Məğrur Salmanov,
Sitat.info



Xəbər xətti