Krımda terror aktının qarşısı alındı - FTX

14:29 8 Sentyabr 2023

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna hərbi kəşfiyyatının göstərişi ilə Sevastopol sakininin Krımda dəmir yolunda hazırladığı terror aktının qarşısını alıblar.

Sitat.info xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

"Krım Respublikası ərazisində nəqliyyat infrastruktur obyektlərindən birində təxribat və terror aktının hazırlanmasının qarşısı alınıb. Sözügedən şəxsin anbarında axtarış keçirilib və iki əldəqayırma plastik partlayıcı qurğu aşkar olunaraq götürülüb”, - məlumatda deyilib.

Faktla bağlı cinayət işi başlanılıb və həmin şəxs həbs olunub.



Xəbər xətti