Sentyabrın 10-da bazar günü Rusiya Federasiyasının bütün ərazisində yerli seçkilər və əlavə seçkilər keçiriləcək. Burada Moskvaya Ukraynadan ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin hakimləri müəyyənləşəcək.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümummilli seçkilərdə müxtəlif federativ regionlarda qubernatorlar, merlər və yerli qanunvericilik orqanlarının (parlamentlər) üzvləri müəyyənləşəcək.
Bəzi rayonlarda səsvermə bu gündən başlayacaq və sentyabrın 10-dək davam edəcək.
Seymur Bənnayev
Sitat.info