Hindistanda 2014-cü ildən hakimiyyətdə olan millətçi Nerandra Modinin hökumətinin ölkənin adını dəyişdirərək "Bharat" qoymağa hazırlaşdığına dair iddialar müzakirələrə səbəb olur.
Sitat.info xəbər verir ki, sentyabrın 9-10-da paytaxt Yeni Dehlidə keçirilməsi planlaşdırılan "G20" Sammitinin açılış naharına dəvətdə prezident Droupadi Murmu “Hindistan Prezidenti” əvəzinə “Bharat Prezidenti” kimi yazılıb.
Daha sonra məlum olub ki, İndoneziya Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Sammiti üçün Modiyə göndərdiyi dəvətdə də “Hindistan” əvəzinə “Bharat” adından istifadə edib.
Seymur Bənnayev
Sitat.info