2022-ci ildə Gürcüstana AB üzvlüyünə namizəd statusundan imtina etmək qərarı ədalətsizdir.
Sitat.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, Moldova və Ukrayna tövsiyələri yerinə yetirmək öhdəliyi müqabilində əvvəlcədən AB-yə üzv olmaq üçün namizəd statusu alıblar:
“Bizim vəziyyətimizdə isə əksinə idi. Bizə dedilər ki, biz əvvəlcə öhdəliyimizi yerinə yetirməliyik, sonra status alacağıq. Bu bizim üçün olduqca kədərli və ədalətsizdir”.