İranda yerləşən və dünyanın 2-ci ən böyük duz gölü kimi tanınan Urmiya gölü demək olar ki, tamamilə quruyub. Göldəki duzun küləklə sovrulmasının İranla yanaşı Türkiyəyə də təsir edəcəyi qeyd edilib.
Sitat.info xəbər verir ki, qlobal iqlim dəyişikliyinə görə yağıntıların azalması, buxarlanmanın artması və yanlış siyasətlər dünyanın 2-ci ən böyük duz gölü olan Urmiya gölünün böyük ölçüdə qurumasına səbəb olub.
İran hökuməti gölün əvvəlki vəziyyətinə qaytarılması üçün lazımi səylər göstərsə də, qurumasının qarşısını almaq mümkün olmayıb. Təxminən 5200 kvadrat kilometrlik gölün quruması ilə nəhəng duz yataqları əmələ gəlib.
Seymur Bənnayev
Sitat.info