Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sitat.info fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483; 2016, № 9, maddə 1476; 2017, № 12 (I kitab), maddə 2307; 2021, № 2, maddə 123; 2022, № 3, maddə 213, № 12, maddə 1441) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.4-cü bəndində “Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan” sözləri “Orta İxtisas Polis” sözləri ilə əvəz edilsin.