Sentyabrın 9-10-da Hindistanda 20 ən böyük iqtisadi güc olan dövlətlərin liderləri görüşəcək.
Sitat.info xəbər verir ki, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçiriləcək üç sessiyalı sammitdə fikir mübadiləsi aparacaqlar.
Türkiyə G-20-də də beynəlxalq diplomatiyada əsas ölkə rolunu davam etdirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan bir çox dünya lideri ilə ikitərəfli görüşlər keçirəcək.
Sammitdə keçiriləcək sessiyalarda davamlı inkişaf və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bununla belə, G20-nin əsas gündəliyi Rusiya-Ukrayna müharibəsi olacaq. Sammitdə qlobal istiləşmə, enerji və ərzaq problemləri də müzakirə olunacaq. G20 liderləri mümkün yeni risklərə qarşı nə edilməli olduğunu qiymətləndirəcəklər. Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin sammitdə iştirak etməyəcəklər.
Ərdoğan zirvə görüşlərini Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə davam etdirəcək. Prezident Ərdoğan 17-21 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq. ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və KKTC ilə bağlı son inkişaflar, terrorla mübarizə, qaçqın problemi və digər mövzuları əhatə edəcəyi gözlənilir.
Nərgiz,
Sitat.info