Vaqnerçilər Belarusu tərk edibmi?

17:32 8 Sentyabr 2023

 Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvlərinin Belarusu tərk etməsi ilə bağlı çoxlu şayiələr yayılmışdı, lakin buna sübut edə biləcək yeganə fakt Belarusun əsas muzdlu düşərgəsində yerləşən bəzi çadırların sökülməsi idi.

Bildirilib ki, Vaqner üzvləri ya Rusiya Federasiyasına avtobuslarla gediblər, ya da Afrikaya uçublar, lakin bunun heç bir etibarlı təsdiqi yoxdur. Əslində çadırların sökülməsi bunu göstərə biləcək yeganə şeydir.

“Avqust ayında Osipoviçi yaxınlığında “Vaqner”in əsas düşərgəsi fəaliyyətini davam etdirdi, düşərgənin bir hissəsi söküldü - avqustun 23-də 273 çadırdan 101-i söküldü.  Beləliklə , düşərgə üzvlərinin sayı demək olar ki, 2000 nəfər azalıb” -Belarus teleqram kanalları yazır. 

Analitiklər xatırladıblar ki, hələ iyunun əvvəllərində Belarus ərazisində 8 və ya 10 min Vaqnerçinin olduğu barədə bəyanatlar yayılmışdı. “...Bizim hesablamalarımıza görə, Vazqnerçilərdən az adam gəlib və düşərgə sadəcə planlaşdırılan qədər hərbçi  gəlmədiyi üçün qismən sökülə bilər”, - deyə kanal vurğulayır.

Qeyd edək ki, Vaqner  üzvləri iyunun sonunda  liderləri Yevgeni Priqojinin rəhbərliyi ilə Rusiya Federasiyasında üsyan qaldırdıqdan sonra Belarusa gəlməyə başladılar. Priqojin avqustun 23-də təyyarə qəzası nəticəsində həlak oldu. İyulun sonunda media Vaqnerçilərin Belarusdan Rusiyaya kütləvi şəkildə qayıtdığını yazdı, çünki onların ikinci briqadası dağıldı.

Belarusiyalı müstəqil hərbi analitik Aleksandr Alesin Rusiya hakimiyyətinin ukraynalıları əsas cəbhədən yayındırmaq üçün Belarusa muzdlu əsgərlər göndərdiyi barədə fikir bildirir.

Məğrur,

Sitat.info



Xəbər xətti