ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dünən rus dilində video yayımlayıb və rus bürokratlarına çağırış edib.
Sitat.info xəbər verir ki, ABŞ-ın mülki xarici kəşfiyyat xidməti olan MKİ, dünən rus bürokratlarına rus dilində çağırış edərək, agentliklə necə əlaqə qura biləcəklərini izah edib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“MKİ Rusiya haqqında həqiqəti bilmək istəyir və biz həqiqəti bilən və bu barədə bizə məlumat verə biləcək etibarlı insanları axtarırıq. Məlumatlarınız düşündüyünüzdən daha dəyərli ola bilər.
Biz başa düşürük ki, ruslar müxtəlif hallarda MKİ ilə əlaqə saxlaya bilərlər. Bizimlə ünsiyyətdə olmaq istəyən insanları yüksək qiymətləndirir və hörmət edirik. Dünyada bizimlə işləyən hər kəsi qorumaq bizim peşəkar borcumuzdur."
Mərkəzi Kəşfiyyat İdarəsi "qaranlıq internet"də ünvan məlumatlarını paylaşaraq necə əlaqə saxlayacağını ətraflı izah edərək “Hərbi zabitsən?”, "Kəşfiyyat, diplomatiya, elm, yüksək texnologiya sahələrində işləyirsiniz, yoxsa bu işlə məşğul olan insanlarla işləyirsiniz?, Rusiya Federasiyasının iqtisadiyyatı və ya ali rəhbərliyi haqqında məlumatınız varmı?" suallarını verib və deyib: Bizimlə əlaqə saxlayın. Bəlkə də ətrafınızdakı insanlar həqiqəti eşitmək istəmirlər. Biz bunu istəyirik".
Seymur Bənnayev
Sitat.info