Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Aynurə Abdulla qızı Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabovun xəsarətinin olması barədə polisə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.