200 mindən çox evin tikintisinə başlanılan fəlakət bölgəsində zərərçəkənlər evlərinə sahib olacaqları günü gözləyirlər. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhaseki investisiyada prioritetin zəlzələ bölgəsinə verildiyini söyləyib. O, daimi yaşayış yerlərinin 3 aydan sonra zərərçəkənlərə verilməyə başlayacağını vurğulayıb.
Sitat.info xəbər verir ki, Özhaseki, Kayseri Cümhuriyyət Meydanında Kocasinan Bələdiyyəsinin 38 yeni avtomobilinin istifadəyə verilməsi mərasimində, şəhərlərin sivilizasiyaların doğulduğu yerlər olduğunu söyləyib.
Şəhərləri canlı orqanizmlərə bənzədən Özhaseki, insanların həyatına çox bənzəyən şəhərlərdə diqqətli olunması lazım olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info