Sentyabrın 5-dən etibarən Yunanıstanın Thessaly bölgəsini, xüsusilə Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətlərə təsir edən şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.
Sitat.info xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias açıqlamasında xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib.
Kikilias sel şəraitinin daha da pisləşə biləcəyini və diqqətli olmaq lazım olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info