Gürcüstanda leysan yağışları insan ölümünə səbəb olub

21:18 8 Sentyabr 2023

Gürcüstanda güclü yağışdan sonra baş verən torpaq sürüşməsi, Türkiyə ilə sərhəddə yerləşən Acarıstan Muxtar Bölgəsində çayların daşması nəticəsində 2 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, Gürcüstanın qərbində təsirli olan güclü yağış həyatı iflic edib. Güclü yağışlardan sonra baş verən sel nəticəsində ölkənin Quriya bölgəsində bir çox ev və mağazalar su altında qalıb, ağaclar aşıb.

Ölkənin Quriya bölgəsində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti