Ukraynanın Rusiya donanmasına hücumu... - Mask

09:59 9 Sentyabr 2023

“Starlink” peyk sisteminin xidmət şərtləri onun hərbi məqsədlər üçün istifadəsini qadağan edir.

Sitat.info xəbər verir ki, bu barədə milyarder iş adamı İlon Mask X hesabında yazıb.

“Xidmət şərtlər açıq şəkildə “Starlink”in hücum hərbi əməliyyatlarında istifadəsini qadağan edir. Biz mülki sistem olduğumuzdan onlar (Ukrayna – red.) yenə birbaşa qadağan olunmuş bir şeyi istədilər”, - Mask qeyd edib.

Qeyd edək ki, ötən il İ.Mask Ukraynanın Rusiya donanmasına sualtı dron hücumunun qarşısını almaq üçün Krım sahillərində gizli şəkildə “Starlink” peykini bağlamışdı.



Xəbər xətti