Yük maşını cənazə namazı qılan insanları əzdi: ölənlər var - Foto

16:40 9 Sentyabr 2023

Türkiyənin Qəhrəmanmaraş vilayətində yük maşını cənazə namazı qılan izdihama çırpılıb.

Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Bildirilib ki, yük maşınının əyləci işləməyib və sürücü idarəetməni itirərək əvvəlcə qarşısındakı avtomobillərə, sonra isə insanlara çırpılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti