Səfir: “Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir”

10:33 1 Aprel 2022

“Minatəmizləmə konfransında çıxış etməkdən məmnunam. Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir”.

“Report” xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycanda keçirilən Minatəmizləmə konfransında iştirak edir.

“Qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə gözləyirik”, - diplomat vurğulayıb.



Xəbər xətti