Avropa İttifaqı (Aİ) Komissiyası daxili tələbatın azalması səbəbindən Avro Bölgəsində builki iqtisadi artım gözləntisini 0,8 faizə endirib.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Yay” hesabatı dərc olunub.
“Aşağı inflyasiya və güclü əmək bazarına baxmayaraq böyümə sürətinin yavaşlaması” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8%, 2024-cü ildə 1,4%, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8%, 2024-cü ildə isə 1.3 faiz böyüməsi gözlənilirdi.
Aİ Komissiyasının əvvəlki “Bahar” hesabatında Aİ-nin bu il 1 faiz, gələn il 1,7 faiz, Avrozonada isə bu il 1,1 faiz, gələn il isə 1,6 faiz artacağı təxmin edilirdi.
Son hesabatla Aİ və Avro Bölgəsinin 2023 və 2024-cü illər üçün artım gözləntiləri aşağıya doğru yenidən nəzərdən keçirilib.
Hesabatda Almaniyanın bu il 0,4 faiz kiçilməsi və gələn il 1,1 faiz, Fransanın isə bu il 1 faiz, gələn il isə 1,2 faiz artacağı təxminləri yer alıb.
Seymur Bənnayev
Sitat.info