Liviyanın şərqində sel nəticəsində 2 nəfər ölüb

13:48 11 Sentyabr 2023

Liviya Milli Birlik Hökuməti ölkənin şərqində müxtəlif bölgələrdə baş verən sel fəlakəti nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, hökumət sözçüsü Məhəmməd Həmudə ölkədə yayımlanan "Liviya əl-Əhrar" televiziyasına açıqlama verib.

Sel fəlakəti zamanı ölkənin şərqində 2 nəfərin həyatını itirdiyini bildirən Həmudə ölümlərin hansı şəhərlərdə baş verdiyi barədə məlumat verməyib.

Həmudə bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki "Sahil Cəbəl əl-Əhdar" və "Tukra"dır.

Aytəkin

Sitat.info



Xəbər xətti