Kim Çen In Putinlə görüşmək üçün yola düşüb

13:53 11 Sentyabr 2023

Cənubi Koreya mətbuatında yer alan xəbərə görə, Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.

Sitat.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinlə zirvə görüşü üçün Rusiyaya yola çıxıb. Bu barədə məlumat Cənubi Koreyanın "YTN" telekanalında bazar ertəsi adı açıqlanmayan yüksək səviyyəli hökumət mənbəsinə istinadən verilib.

Məlumata görə, Kim xüsusi qatarla Şimali Koreyanın şimal-şərq sərhədinə gedəcək və sammit çox güman ki, çərşənbə axşamı keçiriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti